Əsəd Moskvada ölümdən döndü - Sui-Qəsd İDDİASI
02 yanvar 2025 17:00 (UTC +04:00)

Əsəd Moskvada ölümdən döndü - Sui-Qəsd İDDİASI

Britaniyanın "The Sun" nəşri Suriya rejiminin süqutundan sonra Rusiyada sığınacaq tapmış keçmiş prezident Bəşər Əsədə qarşı sui-qəsd cəhdi ilə bağlı sensasion açıqlama yayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, nəşrin məlumatına görə, 59 yaşlı Əsəd dekabrın 30-da kəskin boğulma tutması və şiddətli öskürək keçirib. Bunun zəhərlənmə ilə bağlı ola biləcəyi ehtimal edilir. Lakin hələlik nə rəsmi, nə də qeyri-rəsmi mənbələr bu məlumatı təsdiqləməyib.

Bu hadisələr fonunda eks-prezidentin ailəsində çətin vəziyyətin olması ilə bağlı söz-söhbətlər artır. Bildirilir ki, Əsədin həyat yoldaşı Əsma ondan boşanaraq doğulub boya-başa çatdığı Londona qayıtmağı planlaşdırır.

Lakin Britaniya rəsmiləri onu pasportunun müddəti bitdiyi üçün ölkəyə buraxmaqdan imtina ediblər. Bundan başqa, 49 yaşlı Əsmanın səhhətinin vəziyyəti ciddi narahatlıq doğurur: Britaniyanın “Teleqraf” qəzetinin yazdığına görə, leykoz xəstəsi olan Əsmanın vəziyyəti daha da pisləşib.

Mənbələr deyir ki, Əsma Əsəd dekabrın əvvəlindən Moskvadadır və orada müalicə olunur. Lakin rusiyalı həkimlərin səylərinə baxmayaraq, onun vəziyyəti pisləşir. Londonda həkim olan atası ona baxmaq üçün Rusiyanın paytaxtına gəlib. 

Xarici jurnalistlər Əsmanın infeksiyalara qarşı həssaslığının artması səbəbindən başqalarından təcrid olunduğunu iddia edirlər, lakin indiki terapiya gözlənilən effekti vermir.

İddialara görə, səhhəti pisləşən Əsma tibbi xidmət səviyyəsindən narazı qalaraq Rusiyanı tərk etməyi düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2472
avatar

Oxşar yazılar