Hakan Fidana qarşı sui-qəsd cəhdi - Ağır dozada arsen və civə verildi
10 may 2025 01:52 (UTC +04:00)

Hakan Fidana qarşı sui-qəsd cəhdi - Ağır dozada arsen və civə verildi

Türkiyənin xarici işlər naziri Hakan Fidan 4-5 il bundan əvvəl sui-qəsdə məruz qalıb. O bu haqda heç vaxt açıqlama verməyib.

APA xəbər verir ki, Hakan Fidan bunu haqda televiziya verilişlərdindən birində danışıb.

"Mənə ağır dozada arsen və civə verilmişdi. Harada olduğunu bilmirəm. Daha sonra analiz nəticəsində üzə çıxdı. Bu səbəbdən bir müddət müalicə aldım", - o deyib.

 Ona qarşı sui-qəsdin kim tərəfindən həyata keçirilməsi ilə bağlı suala isə o belə cavab verib: "Gəlin o detallara girməyək. Bunlar çöldə baş verən məsələlərdir. Təkcə içəridə düşmən yoxdur, hər yerdə düşmən var".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar