Moldovada hüquq-mühafizə orqanlarının əməkdaşları Kişinyova gedən “Ölümsüz alay”ın iştirakçılarını daşıyan avtobusları saxlayıblar.
Lent.az xəbər verir ki, bu barədə Sosialistlər Partiyası özünün Telegram kanalında məlumat yayıb.
"Polis tərəfindən bu cür sui-istifadə halları Orhei, Telenesti, Nisporeni, Criuleni və Soldanesti rayonlarında baş verir", - məlumatda deyilir.
Qeyd edək ki, bir gün əvvəl Moldova hökumətinin “Ölümsüz alay” aksiyası və Qələbə yürüşünün iştirakçılarına Kişinyovun baş meydanına girişinə icazə vermədiyi bildirilib.