Azərbaycanda itkin düşən  qadın kanalda BOĞULDU - YENİLƏNİB
10 may 2025 10:48 (UTC +04:00)

Azərbaycanda itkin düşən qadın kanalda BOĞULDU - YENİLƏNİB

Ağdaşda kanalda batan şəxsin itkin düşdüyü məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Ağcayazı kənd sakini 66 yaşlı Əkbərova Nazilə Əliabbas qızı mayın 9-da yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Axtarışlar zamanı Nazilə Əkbərovaya məxsus geyim əşyaları yaşadığı evin yaxınlığından keçən Şirvan kanalının kənarında aşkar edilib. Məlumata görə, o, kanala yıxılaraq boğulub. Yaxınlarının deməsinə görə, qadın qara ciyər sirrozu xəstəliyindən əziyyət çəkib.

Hazırda onun meyitinin sudan çıxarılması üçün axtarışlar davam etdirilir.

***

10:34

Yuxarı Şirvan kanalının Ağdaş rayonu, Aşağı Ağcayazı kəndi ərazisindən keçən hissəsində bir nəfərin kanalda batması barədə ilkin məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 938

Oxşar yazılar

Beyləqanda körpə öldü  - YENİLƏNİB

Beyləqanda körpə öldü - YENİLƏNİB

10 may 2025 , 13:56
Bakıda məktəbli qız YOXA ÇIXDI

Bakıda məktəbli qız YOXA ÇIXDI

10 may 2025 , 10:01
Bakı-Quba yolunda piyadanı maşın vurub öldürdü

Bakı-Quba yolunda piyadanı maşın vurub öldürdü

10 may 2025 , 09:56
Ayı meşə işçisini parçaladı

Ayı meşə işçisini parçaladı

10 may 2025 , 09:25
Kürün səviyyəsi qalxdı - Bu əraziləri su basdı

Kürün səviyyəsi qalxdı - Bu əraziləri su basdı

9 may 2025 , 22:25
Ağdaşda yanacaqdaşıyan maşın aşdı, iki yaralı - VİDEO

Ağdaşda yanacaqdaşıyan maşın aşdı, iki yaralı - VİDEO

9 may 2025 , 21:06
Ağdamda qadını ilan sancdı

Ağdamda qadını ilan sancdı

9 may 2025 , 19:49
2 yaşlı uşaq  əmisi oğlunu traktorla əzib öldürdü

2 yaşlı uşaq əmisi oğlunu traktorla əzib öldürdü

9 may 2025 , 19:08