Türkiyə Super Liqasında 35-ci tura start verilib.
Apasport.az xəbər verir ki, ilk gün 2 qarşılaşma baş tutub.
Liderdən 8 xal geri düşən "Fənərbaxça" səfərdə "Başakşəhər"lə qarşılaşıb. Azarkeşlər 5 qola şahidlik ediblər. Görüş qonaqların 4:1 hesablı darmadığını ilə yekunlaşıb.
Turun digər oyununda isə "Alanyaspor" səfərdə "Qaziantepspor"u 1:0 hesabı ilə məğlub edib.