Maşını fanatı olduğu  aktrisanın darvazasına çırpdı - Şok faktlar ÜZƏ ÇIXDI
09 may 2025 15:45 (UTC +04:00)

Maşını fanatı olduğu aktrisanın darvazasına çırpdı - Şok faktlar ÜZƏ ÇIXDI

Hollivud aktrisası Cennifer Enistonun fanatı avtomobili onun evinin darvazasına çırpıb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 48 yaşlı Cimmi Ueyn Karvayl avtomobili ilə aktrisanın Los-Ancelesdəki malikanəsinin darvazasına çırpılıb. Hadisə zamanı Eniston evdə olub. 

Mühafizəçilər polis gələnə qədər həmin şəxsi saxlayıb. O, təqib və vandalizm ittihamı ilə həbs edilib.

Məhkəmədə Karvayl qəribə hərəkət edib və heç bir söz deməyib. Məhkəmə onun ağlı başında olmasının müəyyən edilməsi üçün psixiatrik ekspertizaya göndərilməsi barədə qərar çıxarıb.

Bildirilir ki, Karvayl 2023-cü ildən Enistonun arxasınca düşüb. O, sosial şəbəkələrdə aktrisaya səsli mesajlar, məktublar göndərir, ona “arvad” və “can yoldaşı” deyir. Müstəntiqlər onun evə hücumu planlaşdırdığını güman edirlər.

Məhkəmə Karvayla aktrisanın evinə 100 metrdən çox yaxınlaşmağı qadağan edib. 

Növbəti məhkəmə prosesi mayın 22-nə təyin edilib. Təqsiri sübuta yetirilərsə, onu 3 ilə qədər həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1296

Oxşar yazılar

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09