Noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gedib.
Lent.az xəbər verir ki, Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Serbiyanın Prezidenti Aleksandar Vuçiç qarşılayıb.