Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Lent.az xəbər verir ki, başsağlığında deyilr:
- Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.
Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!