Yumurta qaynadanda   tavaya bunları tökün – Gözlənilməz faydalar
08 yanvar 2024 09:46 (UTC +04:00)

Yumurta qaynadanda tavaya bunları tökün – Gözlənilməz faydalar

Yumurta ən asan bişirilən yemək növlərindən biri və hətta birincisidir. Belə ki, orta məktəb şagirdi belə yumurta bişirməyi bacarır. Çünki bunun üçün xüsusi kulinariya bacarığı tələb olunmur. 

Lent.az xəbər verir ki, hər nə qədər asan və sadə görünsə də, yalnız təcrübəli aşpaz sızmayan, çatlamayan, qabığı asanlıqla soyula bilən yumurta hazırlaya bilər. Aşpazlar yumurta qaynadarkən tavaya sirkə və soda əlavə etməyi tövsiyə edir. 

Bəs, bunun səbəbi nədir?

Bildirilir ki, yumurta qaynadılarkən suya sirkə əlavə etməklə onun çatlamasının qarşısı alına bilər. Bunun üçün bir qaşıq sirkəni tavaya tökmək kifayətdir. 

Bundan əlavə, yumurta bişirilərkən sodadan da istifadə oluna bilər. Bu isə yumurtanın təmizlənməsi prosesini əhəmiyyətli dərəcə də asanlaşdıracaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13920
avatar

Sevinc Fərid

Oxşar yazılar