Yeni il ailəvi bayramdır, onu yaxın və doğma insanların əhatəsinə keçirmək lazımdır. Həmişə deyirlər ki, ili necə qarşılasan elə də yola salarsan. Ona görə bu bayramda bacardığınız qədər şən, mehriban olmalı, küsülü olduğunuz yaxınlarınızla münasibətləri bərpa etməlisiniz. Bu bayramda diqqət çəkən məqamlardan biri də bayram süfrəsidir. Hər kəs çalışır ki, süfrədə müxtəlif taamlar, maraqlı yeməklər olsun. Bəs, bayramda görünüşcə fərqli və maraqlı nə hazırlamaq olar?
Lent.az bununla bağlı yeni il süfrənizə qoyacağınız maraqlı “milad topları” reseptini sizinlə bölüşür.
Tərkibi:
• 200 qram kəsmik;
• 200 qram rikotta;
• 50 qram parmesan;
• 1 diş sarımsaq;
• şüyüd, paprika və küncüt - bəzək üçün
Bişirmə üsulu:
Bütün inqrediyentləri həll olana qədər qarışdırın və kiçik toplar düzəldin. Daha sonra şüyüd, paprika və ya küncütdə yuvarlayın. Hər bir topun içinə bir qara zeytun yapışdırın. Şüyüd və ya cəfəri budaqlarından ilgəklər düzəldin.
Bu asan hazırlanan qəlyanaltı həm bayram süfrənizə bəzək verəcək, həm də dadından zövq alacaqsınız.