Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Bu dəfə sosial şəbəkədə "MyFoodChannel" adı ilə tanınan səhifəyə istinadən çox dadlı olan Tbilisi salatının hazırlanma qaydasını sizinlə bölüşürük. Bu salat ləzzəti ilə birlikdə görünüşü ilə də süfrələrinizə fərqlilik qatacaq.
Lazım olan ərzaqlar:
250-300 qram mal əti
200 qram konservləşdirilmiş qırmızı lobya
1 ədəd qırmızı bolqar bibəri
yarım qırmızı acı bibər
yarım dəstə keşniş
1/4 stəkan cəviz
Azacıq bitki yağı
Soğan marinadı üçün
1 ədəd qırmızı soğan
Yarım stəkan isti su
1 yemək qaşığı alma sirkəsi
Sous üçün
3-4 yemək qaşığı zeytun yağı
2 diş sarımsaq
Yarım çay qaşığı xmeli-suneli
Duz
Qara istiot
1 yemək qaşığı alma sirkəsi
Hazırlanma qaydasını videodan ətraflı izləyə bilərsiniz.
Nuş olsun!