Susuzluq yaratmır, təravətləndirir:  Ramazan şərbəti Lent.az-ın MƏTBƏXİNDƏ
14 aprel 2021 15:57 (UTC +04:00)

Susuzluq yaratmır, təravətləndirir: Ramazan şərbəti Lent.az-ın MƏTBƏXİNDƏ

Ramazan ayının gəlişi ilə oruc tutanlar iftar və imsaq süfrələrinin reseptləri ilə maraqlanırlar. Xüsusilə də özləri üçün susuzluq yaratmayan, təravətləndirici içkilər axtarırlar. 

Bu dəfə Lent.az-ın mətbəxi layihəsində Ramazan şərbətinin hazırlanma qaydasını təqdim edəcəyik:

Albalı, reyhan və nanə kimi bir çox məhsuldan hazırlanmasına görə növlərə ayrılan Ramazan şərbəti dadı və təravəti ilə oruc tutanlara kömək edir. Təravətləndirici və susuzluq yaradan Ramazan şərbətini necə hazırlamaq olar?

Ramazan şərbətini hazırlamaq üçün lazım olan ərzaqlar:

Şərbət hazırlayarkən təbii və qurudulmuş meyvələrdən istifadə edə bilərsiniz. Əsas olan məhsulların təmiz yuyulması və sularının tam süzülməsidir.

6 stəkan su

3/4 fincan şəkər tozu

1 stəkan albalı (nanə və ya 1 dəstə reyhan da ola bilər)

10 ədəd quru gavalı

1 stəkan kişmiş

5 qram təzə zəncəfil

1 ədəd darçın çubuğu

6 ədəd mixək

Hazırlanma qaydası:

Suyu dərin bir qazana tökün. Soyulmuş təzə zəncəfil, mixək və darçın çubuqlarını əlavə edib qaynadın. Qaynar suya şəkər tozu əlavə edib qarışdırın. Daha sonra kişmiş və gavalını da əlavə edib 5 dəqiqə qaynamasını gözləyin. Sonda təzə albalı və ya istədiyiniz meyvəni əlavə edin. 2-3 dəqiqə daha qaynama prosesini davam etdirin. Ocaqdan götürdüyünüz şərbəti ev temperaturunda soyudun. Süzgəcin köməkliyi ilə süzüb dolçada soyuducuya qoyun. İmsaq üçün şərbətiniz hazırdır.

Nuş olsun!

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4139

Oxşar yazılar

İnanılmaz şokoladlı keks RESEPTİ

İnanılmaz şokoladlı keks RESEPTİ

20 may 2025 , 17:58
Faydalı limonlu-çiyələkli  dondurma - RESEPT

Faydalı limonlu-çiyələkli dondurma - RESEPT

19 may 2025 , 18:13
"Duzdan artıq istifadə qan təzyiqini artırır"  - Dietoloq

"Duzdan artıq istifadə qan təzyiqini artırır" - Dietoloq

19 may 2025 , 11:52
Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

17 may 2025 , 15:58
Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi -  RESEPT

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi - RESEPT

14 may 2025 , 14:52
Ən dadlı balqabaq çörəyinin  sirri: RESEPT

Ən dadlı balqabaq çörəyinin sirri: RESEPT

13 may 2025 , 15:10
Sezar salatının  büdcəyə uyğun RESEPTİ

Sezar salatının büdcəyə uyğun RESEPTİ

12 may 2025 , 13:57
Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

9 may 2025 , 19:45