Evdə lahmacun hazırlamağın qaydası
23 dekabr 2020 19:53 (UTC +04:00)

Evdə lahmacun hazırlamağın qaydası

Lahmacunu evdə necə bişirək? – Asan və tez hazırlanma üsulu

Lahmacun çoxumuzun sevərək yediyi ləziz yeməklərdəndir. Türk mətbəxinə aid olan bu yeməyi yemək üçün bəziləri, adətən restoranlara üz tuturlar. Amma nəzərə alsaq ki, pandemiya səbəbilə karantindir və bir çox məkanlar kimi kafe və restoranların işləməsinə icazə yoxdur, o zaman gərək bu yeməyi evdə hazırlayaq. Lahmacun hazırlamaq o qədər də çətin deyil.

Lent.az evdə asanlıqla edə biləcəyiniz lahmacun reseptini təqdim edir.

Lahmacun üçün bizə lazım olan ərzaqlar bunlardır:

Xəmir üçün: 

4 stəkan un (ələkdən keçirilmiş)

1 xörək qaşığı  maya

2 stəkan ilıq su

1 xörək qaşığı duru yağ

1 çay qaşığı şəkər tozu

1 çay qaşığı duz

İçlik üçün:

350 qram qıyma

2 ədəd pomidor

2 ədəd soğan

2 xörək qaşığı tomat

1 çay qaşığı duz

1 çay qaşığı  qara istiot

1 çay qaşığı  qırmızı istiot

1 xörək qaşığı sirkə

1 dəstə cəfəri

İndi isə hazırlanma qaydasına baxaq. Əvvəlcə 4 stəkan una 1 çay qaşığı duz və 1 çay qaşığı şəkər əlavə edərək, 2 stəkan suyu yavaş-yavaş töküb, xəmir hərtərəfli hamarlaşana qədər 4-5 dəqiqə yaxşı yoğurun. Sonra xəmiri kündələrə ayırın, nəmli bir parça ilə örtün. Xəmiri təxminən 1 saatlıq kənara qoyuruq.

Mətbəx prosessorunun içinə pomidor və soganları əlavə edin (rəndədən də keçirmək olar), pürə halına gəlməsin, ancaq diri-diri də qalmamasına diqqət edin. Bu qarışığı qiymaya əlavə edib üzərinə xırda xırda doğranmış cəfəri tökün. Sirkəni isə yumşaqlıq versin deyə həm də alınma lahmacunlara bənzəsin deyə əlavə edirik. İçliyiniz hazırdı.

Kündələri növbə ilə çox nazik dairə əldə edənədək oxlovla açırıq. Üstünə içliyi yayırıq. Lahmacunu öncədən isinmiş sobada ət bişənədək, təxminən 7-10 dəqiqəyə bişiririk.

Nuş olsun!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6267

Oxşar yazılar

Hansı xiyarlardan turşu qoymaq  olmaz?

Hansı xiyarlardan turşu qoymaq olmaz?

5 iyul 2025 , 12:15
Hamiləlik planlaşdıranlara bu balığı  yemək olmaz

Hamiləlik planlaşdıranlara bu balığı yemək olmaz

4 iyul 2025 , 10:59
Qarğıdalı çubuqları nədən hazırlanır?

Qarğıdalı çubuqları nədən hazırlanır?

4 iyul 2025 , 09:24
Ən yumuşaq balıq kotleti RESEPTİ

Ən yumuşaq balıq kotleti RESEPTİ

3 iyul 2025 , 14:18
Qarabaşağın bilinməyən 5 FAYDASI : Qocalmanı ləngidir və...

Qarabaşağın bilinməyən 5 FAYDASI: Qocalmanı ləngidir və...

3 iyul 2025 , 10:14
Dadlı qarabaşaq yarmasını  necə bişirmək olar: bu məhsulu əlavə edin

Dadlı qarabaşaq yarmasını necə bişirmək olar: bu məhsulu əlavə edin

2 iyul 2025 , 19:42
İri dənəli duzdan QAÇIN:  Bilmədiyimiz ZƏRƏRLƏR

İri dənəli duzdan QAÇIN: Bilmədiyimiz ZƏRƏRLƏR

2 iyul 2025 , 14:34
Şokoladlı tort:  asan və tez RESEPT

Şokoladlı tort: asan və tez RESEPT

1 iyul 2025 , 12:54