Evdə mayonezi   özünüz hazırlayın – Mağazadan almayın
13 dekabr 2023 17:47 (UTC +04:00)

Evdə mayonezi özünüz hazırlayın – Mağazadan almayın

Mayonez hər kəsin mətbəxində olan bir sous növüdür. Bir çox insan yeməklərini mayonezsiz düşünə bilmir. Çünki o yeməklərə, salatlara xüsusi bir dad verir.

Lent.az xəbər verir ki, mağazadan alınan mayonez növlərinin tərkibində sağlamlığa mənfi təsir göstərən zərərli əlavələr ola bilər. 

Təcrübəli evdar qadınlar evdə təbii məhsullardan mayonez hazırlamağa üstünlük verirlər. Proses mümkün qədər sadədir və çox səy və vaxt tələb etmir.

Ev şəraitində mayonezin hazırlanma qaydasını təqdim edirik: 

Mayonez üçün inqrediyentlər:

Yumurta sarısı - 2 ədəd;

Xardal - 1/2 çay qaşığı;

Zeytun yağı - 70 ml;

Limon suyu - 1 çay qaşığı;

Şəkər - 1/2 çay qaşığı;

Duz - 1/2 çay qaşığı. 

Əvvəlcə yumurta sarısını bir çırpma ilə döymək lazımdır. Sonra duz, şəkər və digər maddələr əlavə edilir. Qarışıq homojen hala gələnə qədər çalın. Məhlul istənilən vəziyyətə gəldikdə ona bir az alma sirkəsi əlavə etmək məsləhətdir.

Sousu yaxşıca qarışdırdıqdan sonra süfrəyə verə bilərsiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23316
avatar

Sevinc Fərid

Oxşar yazılar