Çiy əti heç vaxt  YUMAYIN - SƏBƏB
18 dekabr 2023 13:42 (UTC +04:00)

Çiy əti heç vaxt YUMAYIN - SƏBƏB

Əti bişirməzdən əvvəl yaxşıca yumaq vərdişi təhlükəlidir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ekspertlər bu barədə xəbərdarlıq edirlər.

Mütəxəssislər qeyd edirlər ki, xam formada olan bu məhsul çarpaz çirklənmə ehtimalına görə, xüsusi ehtiyatla işlənməlidir. Məsələn, əti yumaq üçün su axını istifadə edərkən mikroblar qablara və dəzgahlara düşə bilər.

Çiy əti dərhal bir qazana və ya qovurma qabına qoymaq daha yaxşıdır. Və 62 dərəcə istilikdə saxlayın, bütün bakteriyaları məhv edəcək.

Mikrobların digər qidalara keçməsinin qarşısını almaq üçün çiy ət, quş əti və balıq üçün ayrıca kəsmə taxtalarından istifadə etmək də vacibdir. Eyni zamanda, kəsildikdən sonra əllərinizi yaxşı yumaq və ət qablaşdırmasını dərhal atmaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13314
avatar

Fidan İlqar

Oxşar yazılar