Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Lent.az bu dəfə “almalı şokoladlı toplar”ın reseptini sizə təqdim edir:
Tərkibi:
4 ədəd alma
400 qram peçenye
2 çay qaşığı kakao
100 qram şəkər
100 qram qoz, fındıq
yarım çay qaşığı darçın
200 qram əridilmiş şokolad
Hazırlanması:
Almaları rəndələyirik. Üzərinə şəkər əlavə edib, tavada biraz qovururuq. Başqa bir qabın içərisinə peçenyeləri ovub, üzərinə alma qarışığını və qozu(rəndələnmiş şəkildə) əlavə edirik. Hamısını yaxşıca yoğurduqdan sonra kiçik toplar şəklinə gətiririk. Topları öncə əridilmiş şokolada batırıb, sonra isə üzərinə rəndələnərək qovrulmuş fındıqları səpirik. 2 saat soyuducuda saxladıqdan sonra servis edirik.
Nuş olsun!