Xoşbəxtliyə dair 20 aforizm
09 sentyabr 2024 14:44 (UTC +04:00)

Xoşbəxtliyə dair 20 aforizm

Lent.az xoşbəxtlik barədə aforizmləri təqdim edir. Onların içərisindən 20 ən yaxşısını seçməyi sizin öhdənizə buraxırıq.

Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır. (Konfutsi)

Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. (T.Fontane)

Başqalarının xoşbəxtliyi üçün çalışmaqla biz öz xoşbəxtliyimizi tapırıq. (Platon)

Bədbəxt insan başqalarının ağrı-acısı ilə rahatlıq tapan şəxsdir. (Sədi Şirazi)

Bədbəxt o adamdır ki, xeyirlə şəri qarışıq salır. (Naməlum)

Bir var, şəxsi həyatın kortəbiiliyi, bir də var ictimai həyatın, cəmiyyətin kortəbii olması.

Hər ikisi dərk olunmasa işıqlı həyat yaşamaq mümkün deyil. (Əbu Turxan)

Biz səadətimizi özümüzlə daşıyan Adəm övladlarıyıq, eyni zamanda biz içimizdə olan səadətin çağırışını eşidib, səsin mənbəyini özümüzdən kənarda axtaran insanlarıq. (Rövşən Abdullaoğlu)

Bu dünyada xoşşeylər azdır, xoş olan da çox vaxt ancaq başlanğıcdadır. (Yusif Balasaqunlu)

Canıyananlıq başqasının bədbəxtliyinə yanmaq, paxıllıq isə başqasının xoşbəxtliyinə yanmaqdır. (Platon)

Dərdin də öz lirikası, öz ahəngi var; dərddən ancaq onun ahəngini kompensasiya edən başqa ahənglərin təsiri ilə çıxmaq olar. (Tur Xander)

Dünyada sonsuz bir xoşbəxtlik yoxdur; nə məşhur bir soy, nə gözəllik, nə güc-qüvvət, nə zənginlik, heç bir şey bizi fəlakətdən qurtara bilməz. (Aleksandr Puşkin)

Əksər insanlar var-dövlət yığmaqla dərdlərinə son qoymamış, əksinə, onları daha da çoxaltmışdır. (Epikür)

Ən böyük bədbəxtlik hər şeydən narazı olmaqdır. (Lao-tszı)

Həqiqətdə siz tərəzinin oxu kimisiniz – öz kədəriniz və sevinciniz arasında. Yalnız boş olanda sakitləşir, tarazda olursunuz. (Cübran)

Hər kəs öz səviyyəsində xoşbəxtdir. Kimin üçünsə çox adi olan bir hadisə başqasını xoşbəxt edə bilər. (Əbu Turxan)

Hər kəs özünü bədbəxt hesab etdiyi qədər bədbəxtdir. (Kiçik Seneka)

Hər şey, hər şey, hətta dərdlər də köhnəlir. (Flober)

Həyat səhnələri, həqiqi yaşantılar və onların iztirab və sevinc xatirələri ruhla birlikdə uçub gedir. (Əbu Turxan)

İnsan ancaq öz Məni ilə həmahəng mühitdə xoşbəxt ola bilər. (Əbu Turxan)

İnsan yalnız xarici səbəblərdən bədbəxt olmur. (Kiçik Seneka)

İnsanın özünü xoşbəxt hesab etməsi ilə xoşbəxt olması düz, bilikli hesab etməsi ilə bilikli olması isə tərs mütənasibdir. (Əbu Turxan)

İnsanın təriflənəsi bir şeyi olmayanda öz bədbəxtliyi ilə öyünməyə başlayır. (A.Qraf)

İnsanın xoşbəxtliyi üçün içindəki işıq yetərli deyil; yaşadığı mühit də işıqlı olmalıdır. (Əbu Turxan)

İstək reallıqdan uzaq olanda xoşbəxtliyin qapıları bağlanır. (Əbu Turxan)

Kiminsə xoşbəxtliyinin arxasında kiminsə fədakarlığı durur. (Əbu Turxan)

Məsləhətlərimizlə yardım etdiyimiz insanların xoşbəxtliyi bizi o qədər də
maraqlandırmır. (Vovenarq)

Müdrik adamın faciəsinə şərik ol, nadan adamın xoşbəxtliyinə şərik olma. (Əbu Turxan)

Nadan xoşbəxtliyi uzaqlarda axtarır, müdrik isə onu öz yanında yetişdirir. (C.Oppenheym)

O kəs də xoşbəxtdir ki, hörmət etdiyi kəs haqqında xatirə belə onu özünü təkmilləşdirməyə sövq edir. (Kiçik Seneka)

O şəxs bədbəxtdir ki, onun özəl hissi dünyası özgələşir;
yəni ağıl və fikri həyatla, inamla, məhəbbət və etimadla birləşdirən ilməklər qırılır! (Georq Vilhelm Fridrix Hegel)

Öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmaq olmaz. (El hikməti)Qəlb bədbəxtliyi bəlkə də
gizlədə bilər, amma xoşbəxtliyi gizlədə bilmir. (İohann Volfqanq Göte)

Sevinc və kədər böyüyəndə bütün dünya kiçilir. (Cübran)

Sevinclə iztirab – aydınlıqla qaranlıq kimi bir-birlərini təqib edir. (L.Ştern)

Tamahkarlıqla xoşbəxtliyin bir-birini tanımadığına təəccüblənməyin, çünki onlar heç vaxt rastlaşmayıblar. (Bencamin Franklin)

Xəyalda elə tərəf var ki, o, gerçəklikdən yaxşıdır; gerçəklikdə elə tərəf var ki, xəyaldan yaxşıdır. Tam xoşbəxtlik bunların ikisinin bir araya gətirilməsidir. (Lev Tolstoy)

Xoşbəxt adam özünü xoşbəxt hesab edən adamdır. (Fildinq)

Xoşbəxt adamın bədbəxtə ağıl verməsindən asan nə ola bilər. (Esxil)

Xoşbəxt o adamdır ki, xoşbəxtlik axtarmağa ehtiyacı yoxdur. (Əbu Turxan)

Xoşbəxt öz evində xoşbəxt olandır. (Lev Tolstoy)

Xoşbəxtlik ən azı bir dəfə hər qapını döyür. (Uilyam Hezlitt)

Xoşbəxtlik hissini yalnız müdriklər keçirə bilər. (Plavt)

Xoşbəxtlik indiki gerçəyin keçmişin arzularına uyğun gəlməsidir. (Əbu Turxan)

Xoşbəxtlik peşmanlığa gətirməyən həzzdir. (Lev Tolstoy)

Xoşbəxtlikdən ikiəlli yapışsan, fürsət düşən kimi səni tərk edəcək. (Əbu Turxan)

Xoşbəxtliyə də azadlıq vermək lazımdır. (Əbu Turxan)

Xoşbəxtliyi dadmağın ən yaxşı yolu onu paylaşmaqdır. (Corc Bayron)

Xoşbəxtliyi daxilində tapmaq çətindir, kənarda isə o sadəcə olaraq yoxdur. (Nikola Şamfor)

Yalan ilə qurulan yuvanın səadəti də yalandır. (Füzuli)

Yalnız o adam həmişə xoşbəxt ola bilər ki, onun bəxtinin sükanı öz əlində olsun. (Əbu Turxan)

Yüngül iztirablar danışa bilər, amma dərin iztirablar dilsizdir. (Kiçik Seneka)
 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2949
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar