Tehranda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq?
22 dekabr 2012 01:47 (UTC +04:00)

Tehranda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq?

Tehranda Azərbaycan Mədəniyyət Mərkəzinin təsis olunması ilə bağlı İran razılığını bildirib.Hazırda bu istiqamətdə işlər iş görülür.

Lent.az-ın məlumatına əsasən, bunu Trend-ə müsahibəsində Azərbaycanda səfərdə olan İran prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmmədbağır Xürrəmşad deyib.

 

Xürrəmşad bildirib ki, indiyədək bir sıra ölkələrindən, o cümlədən Azərbaycan, Rusiya, Hindistan, Yaponiya və İraqdan İranda mədəniyyət mərkəzinin yaradılması ilə bağlı müraciətlər edilib.

 

"Biz artıq bu ölkələrin bir çoxuna müsbət cavab vermişik. Azərbaycanın müraciətinə isə elə ilk günlərdə müsbət cavab vermişik və hazırda bununla bağlı işlər gedir", - müşavir qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 725

Oxşar yazılar