Klintona Nizami mükafatı verilib
20 dekabr 2012 00:04 (UTC +04:00)

Klintona Nizami mükafatı verilib

Dekabrın 18-də ABŞ-da, «Little Rock»da ölkənin keçmiş prezident Bil Klinton Kitabxanası və Prezident mərkəzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir qrup üzvlərinin iştirakı ilə toplantı keçirilib. 

Lent.az daxili olan məlumata əsasən, prezident Vaira Vike-Freiberga, keçmiş prezident Roza Otunbayeva, Dr Farida Alaghinin qatıldığı toplantıda mərkəzin struktur formalaşması və qarşıda gələn Qəyyumlar Şurasinin illik iclasına hazırlıq müzakirələri aparılıb. 

Bundan başqa Nizami Gəncəvi Beynəlxalq  Mərkəzinin təsis etdiyi Nizami Gəncəvi Beynəlxalq Mükafatının növbəti sahibi ABŞ-ın 42-ci prezidenti  Bill Klintona təqdim olunması mərasimi də keçirilib.  

Prezident Klintonun fondunun yaydığı məlumatda bu mükafatdan onun məmnun olduğu və qərarı verən hər bir şəxsə dərin minnətdarlığı bildirilib. 

 

Mükafat Nizami Gəncəvinin rəsmi həkk olunmuş yuksək əyarli qızıl medal, Beynəlxalq  diplom, UNESCO-nun simvolu olan zeytun budağı və «Paşabahce» firmasının hazırladığı xüsusi miniatürdən ibarətdir.

Layihələrin gerçəkləşdirilməsinə  Gəncə şəhəri İcra Hakimiyyəti, Diasporla Iş üzrə Dövlət Komitəsi , Qarabağ Fondu yaxından dəstək göstərir. 

Bu mükafatın sahibləri dünyada sayılıb seçilən ən nüfuzlu ictimai-siyasi xadimlərdir: 

prezident Süleyman Dəmirəl, prezident Vaira Vike-Freiberga, prezident Roza Otunbayeva, Isgəndəriyyə Kitabxanasının direktoru dr Ismayil Səragəldin, Ingiltərə Kral Akademiyasının başcısı Baronessa Susan Greenfield, Birləşmiş Ştatların Qlobal Qadın məsələləri üzrə xüsusi səfiri Melanne Verveer, Birləşmiş Ştatların Qlobal Müsəlman icmaları üzrə xüsusi nümayəndəsi Fərəh Pandith və b.

Bununla yanaşı prezident Klinton Kitabxanası ilə 2013-cü il ərzində birgə layihələrin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və yaxın zamanlarda Kitabxananın direktorunun Azərbaycana səfəri planlaşdırılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1161

Oxşar yazılar