İslam elçisini həyatına həsr olunmuş film çəkiləcək
20 dekabr 2012 02:43 (UTC +04:00)

İslam elçisini həyatına həsr olunmuş film çəkiləcək

Qətərin «ən-Nur» şirkəti Məhəmməd peyğəmbər haqqında bioqrafik filmə çəkməyə hazırlaşdığını bəyan edib. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, 7 hissəlik bu seriyalın büdcəsinin bir milyard dollar olacağı da bildirilib.

Mənbəni məlumatına əsasən, öncə 3 seriyalı 1,5 milyon dollarlıq film çəkilməsi planlaşdırılmışdı.

Bundan başqa filmin əvvəlcə yalnız ingilis dilində ekranlaşdırılacağından danışırdılarsa, yeni filmin isə bir neçə dilə tərcümə ediləcəyi də nəzərdə tutulub.

Layihə təşəbbüskarlarının məqsədi «islam haqqında yanlış təsəvürlərə aradan qaldırmaqdır».

Ssenari üzərində iş başa çatıb. Filmin baş məsləhətçisi dünyada tanınan müsəlman din xadimi Yusif əl-Qərdavidir.

İnanların hisslərinə hörmət əlaməti olaraq, filmdə Məhəmməd peyğəmbər göstərilməyəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 950

Oxşar yazılar