Kino xidmətindən əlillərə hədiyyə
04 dekabr 2014 10:33 (UTC +04:00)

Kino xidmətindən əlillərə hədiyyə

Bakı şəhər İcra Hakimiyyəti aparatının Kino Xidməti İdarəsi  “Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirib. Lent.az-ın məlumatına görə, Ramanadakı Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin peşə reablitasiya Mərkəzində  keçirilən tədbirdə, "Sərhədsiz İncəsənət” layihəsi çərçivəsində tiflo və surdo şərhlə müşayət olunan "Şərikli çörək"  filmi təqdim edildi.

Tədbirdə çıxış edən Bakı şəhər İcra Aparatının Kino Xidməti idarəsinin rəisi Gültəkin Nəriman  bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 15 faizini əlilliyi olan şəxslər təşkil edir. Hazırda ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş 520793 nəfərdən çox əlilliyi olan şəxs var. Onlardan 62886 nəfərdən çoxu uşaqlardır.

Sonda tiflo və sordo tərcümə olunan "Şərikli çörək"  filmindən parça və incəsənət ustalarının konserti təqdim olunub.

Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov Azərbaycanda yeni olan tiflo və surdo tərcüməli bir neçə filmin maliyyə dəstəyini öz üzərinə götürüb. Məqsəd görmə və eşitmə qabiliyyəti məhdud olan insanlar üçün son  dərəcə əhəmiyyətli olan bu sahəni inkişaf etdirməkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836

Oxşar yazılar