Gözlənilməz sonluqla bitən 7 film  -VİDEO
08 may 2025 10:14 (UTC +04:00)

Gözlənilməz sonluqla bitən 7 film -VİDEO

Əla süjet xətti və yaddaqalan qəhrəmanlar axtarırsınız? O zaman popkornunuzu hazırlayın, çünki bu filmlər sizi gözlənilməz hadisə axını və əla yumorla təəccübləndirəcək.

Lent.az sizə darıxmağa imkan verməyəcək filmləri təqdim edir.

"Sadə bir xidmət"

Bloqer və tək ana olan Stefani dəbdəbəli bir qadın – Emili ilə tanış olur. Onların hər ikisi uşaq böyüdür və yaxın dost olurlar. Lakin bir gün Emili Stefanidən bir xidmət xahiş edir və qəfil yoxa çıxır. Onu axtarmağa başlayan Stefani dostu haqqında inanılmaz sirləri üzə çıxarır.

"Narahat olma, əzizim"

Elis və Cek Kaliforniya şəhərciyində ideal bir həyat sürürlər. Cek gizli bir layihə üzərində işləyir, Elis isə ev işləri ilə məşğuldur. Amma hər şey dəyişir – Elis ərinin işi ilə bağlı həqiqəti öyrənəndə.

"Turist"

Amerikalı Frenk mənəvi yarasını sağaltmaq üçün İtaliyaya yollanır. Venesiyada o, qeyri-adi bir qadın – Elizayla tanış olur. Bu, mükəmməl bir sevgi hekayəsinə bənzəsə də, intriqalar və təhlükələrlə dolu hadisələr romantikanı alt-üst edir.

"Perspektivli qız"

Hamı Kessinin parlaq gələcəyi olan bir qız olduğunu düşünürdü. Lakin sirli bir hadisə onun həyatını dəyişir. Kessi göründüyü kimi biri deyil: ağıllı, cazibədar və hiyləgərdir – gecələr isə gizli və ikili bir həyat yaşayır.

"Sərt oğlanlar"

Filmin hadisələri 1970-ci illərin Los-Ancelesində cərəyan edir. Uğursuz xüsusi detektiv Hollend və muzdlu döyüşçü Cekson birgə çalışaraq itkin düşmüş bir qızın sirrini açmağa çalışırlar.

"Fırıldaqçı qadın"

Marla Qreyson – qanuni yollarla himayə etdiyi yaşlı insanların əmlakını mənimsəyən dələduzdur. Lakin onun “uğurlu karyerası” təhlükəyə düşür – çünki növbəti himayədarı sirrləri və cinayət əlaqələri olan Cenniyəfer Piterson olur.

"Dözülməz rəislər"

Üç dost tez-tez rəislərindən şikayət edirlər. Belə söhbətlərin birindən sonra, onlar həyatlarını tamamilə dəyişəcək gözlənilməz bir addım atırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar