Noyabrın 19-da əməkdar incəsənət xadimi Gülarə Əliyevanın 80 illik yubileyi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent. az-a verilən məlumata görə, yubiley Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında olacaq.
Qeyd edək ki, Gülarə Əziz qızı Əliyeva 1933-çü il, oktyabrın 7-də Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Konservatoriyasını bitirib. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, Ə. Dadaşov adına xalq çalğı alətləri ansamblında işləyib. 1966-ci ildə “Dan ulduzu” instrumental ansamblını yaradıb. 1966-1988-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Musiqi Nəzəriyyəsi kafedrasının müdiri olub.
1991-ci ildə balkonun uçması nəticəsində dünyasını dəyişib.