Əməkdar artistin yubileyi keçiriləcək
19 dekabr 2012 12:20 (UTC +04:00)

Əməkdar artistin yubileyi keçiriləcək

Gəncə Dövlət Filarmoniyasının, Göygöl Dövlət və Mahnı Ansamblının və ARDNŞ-in “Neftçi” Mahnı və Rəqs Ansamblının yaradıcısı, respublikanın əməkdar artisti Fikrət Verdiyevin anadan olmasının 65, səhnə fəaliyyətinin 45 illiyi münasibəti ilə tədbir keçiriləcək. Lent.az-ın məlumatına görə, dekabrın 19-da Azərbaycan Muğam Mərkəzində keçiriləcək tədbirdə ölkənin tanınmış incəsənət və mədəniyyət xadimləri iştirak edəcək.


Qeyd edək ki, Fikrət Verdiyev uzun müddət Azərbaycan musiqisi dünyanın 40-dan çox ölkəsində təmsil edib. O, həm də xalq artisti Zeynəb Xanlarovanın ansamblında konsertmestr işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1075

Oxşar yazılar