Tanınmış rejissor nazirliyi tənqid etdi  - "Kino indi başlayır"
23 noyabr 2022 14:38 (UTC +04:00)

Tanınmış rejissor nazirliyi tənqid etdi - "Kino indi başlayır"

“Kinonun “Yasin”ini oxumadan, keçdilər teatrlara - dövlət sektorunda, tamaşaçı ilə birbaşa ünsiyyətdə olan, milli mədəniyyət yolunda sabit çalışan yeganə sağ qalan işlək qurum…”.

Lent.az-ın xəbərinə görə bu sözləri rejissor Aqil M. Quliyev sosial media hesabında qeyd edib.

“1996-cı ildə rejissor diplomunu alandan bu günə qədər cəmi iki dəfə Mədəniyyət Nazirliyində olmuşam... Elə bu iki dəfə də yəqin tesadüf imiş...

Digər qurumlardan fərqli olaraq, bu tilsimli yerin düz işləmədiyini adi insanlar yalnız 20 il sonra görə bilir... Kinonun “Yasin”ini oxumadan, keçdilər teatrlara - dövlət sektorunda, tamaşaçı ilə birbaşa ünsiyyətdə olan, milli mədəniyyət yolunda sabit çalışan yeganə sağ qalan işlək qurum..”,- deyə rejissor yazıb.

“Sən demə, kino hələ indi başlayır...M. Skorseze-nin "Kazino" filmində bir səhnə var: kazinoda kimlərsə, böyük məbləğ udub gediblər. O sahəyə cavabdeh insanı müdir dinləmədən işdən çıxarır. Axı günahım nədir? Ya sən onlarla əlbirsən, ya da işini bilmirsən, məni heç biri qane etmir, nəticəsi eynidir...Tarix bunu unudacaq, qalan nəticələrdir”,- deyə o, təəssüflə bildirib.

Qeyd edək ki, rejissor bu tənqidi fikirləri Mədəniyyət Nazirliyinin Kukla Teatrında başlatdığı yoxlamalarla əlaqədar yazıb.

# 1089
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

"Ədəbiyyat adamı” mükafatı təqdim olundu - FOTO

"Ədəbiyyat adamı” mükafatı təqdim olundu - FOTO

26 yanvar 2023 , 16:21
Adı bizimdir, dadı Şəfiqə xanımın - REPLİKA

Adı bizimdir, dadı Şəfiqə xanımın - REPLİKA

26 yanvar 2023 , 16:16
“Şəfiqə danışanı şantaj edir, qorxudur” - Şeyx Əbdül od püskürdü

“Şəfiqə danışanı şantaj edir, qorxudur” - Şeyx Əbdül od püskürdü

26 yanvar 2023 , 15:03
“Əqrəb mövsümü”nün baş qəhrəmanı da ittifaqdan getdi: "Ölü qurumdur"

“Əqrəb mövsümü”nün baş qəhrəmanı da ittifaqdan getdi: "Ölü qurumdur"

26 yanvar 2023 , 14:40
Ceyhun Hidayətli

Qatil kimdir? - “Əqrəb mövsümü”nün müəllifi Lent.az-a DANIŞDI

26 yanvar 2023 , 13:33
“Buyurub gəlsinlər”  – Rasim Balayev istefa verənlərə səsləndi

“Buyurub gəlsinlər” – Rasim Balayev istefa verənlərə səsləndi

26 yanvar 2023 , 12:51
"Kino ittifaqının vəsiqəsini çoxdan cırıb atmışam” - İstefa verənlər Lent.az-a danışdılar

"Kino ittifaqının vəsiqəsini çoxdan cırıb atmışam” - İstefa verənlər Lent.az-a danışdılar

26 yanvar 2023 , 12:14
Kinematoqrafçılar İttifaqında KÜTLƏVİ İSTEFA

Kinematoqrafçılar İttifaqında KÜTLƏVİ İSTEFA

26 yanvar 2023 , 09:26