Məzardan çıxarılan qalıqların həqiqətən də xana məxsus olub-olmadığı isə araşdırılırdı.
Dövlət Turizm Agentliyindən Lent.az-a bildirilib ki, Şəki Xan məscidi kompleksində bərpa işləri çərçivəsində aparılan qazıntılar zamanı tapılan qəbrin Şəki xanına məxsus olduğu artıq təsdiqlənib.
Qeyd edək ki, Məhəmmədhüseyn xan Müştaq 1759–1780-cı illərdə Şəki xanı olub.
Onun qəbri ötən il iyulun 2-də Şəki Xan məscidinin içində, 1-ci mehrabın qarşısında, 1-2 metr qərb tərəfdə tapılıb.