"Qəlbim sənindir”  kompozisiyasının təqdimatı oldu
01 aprel 2025 20:25 (UTC +04:00)

"Qəlbim sənindir” kompozisiyasının təqdimatı oldu

Aprelin 1-dən Heydər Əliyev Mərkəzində daha bir məşhur əsər nümayiş olunur. Belə ki, bu gün italiyalı heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) nəfis Bohem büllurundan və 6500 illik palıd ağacından hazırlanan “Qəlbim sənindir” (“My heart is yours”) əsərinin təqdimatı olub.

APA xəbər verir ki, əsər ilk dəfə məhz Heydər Əliyev Mərkəzində nümayiş etdirilir.

Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzdə çoxlu sərgilərin keçirildiyini, mütəmadi olaraq İtaliya incəsənətinə müraciət edildiyini bildirib.

A.Ələkbərov ötən ilin sonunda COP29 çərçivəsində Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisinin təqdimatının keçirildiyini və qonaqların Heydər Əliyev Mərkəzindəki bu sərgini çox bəyəndiklərini qeyd edib, müəllifə, sərginin kuratoruna və ekspozisiyanın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən “365 Art” şirkətinin təsisçisi, sərginin kuratoru Olqa Daniele "Qəlbim sənindir” əsərinin yekun formasının alınmasında müəllifin keçdiyi yolun kifayət qədər uzun olduğunu diqqətə çatdırıb. Deyib ki, hər hansı bir büllurun formaya salınması üçün onun məhz xüsusi üslubda işlənməsi mütləqdir. Qədim palıd materialı isə 6500 il qədər uzun tarix keçib və əsər üçün istifadə olunub.

Sərginin müəllifi Lorenso Kuinn "Qəlbim sənindir” əsərinin ilk dəfə məhz Heydər Əliyev Mərkəzində nümayiş etdirildiyini bildirib. O, əsərlərin insanları birləşdirməkdən, tarixçələri, ölkələri bir araya gətirməkdən ibarət olduğunu vurğulayaraq deyib: "Mən eşqə, məhəbbətə inanıram. İnsanlar görüşdükdə, onların qəlbləri birləşdikcə, əslində, onlar heç vaxt ayrılmırlar. Bir halda ki, insanlar arasında birləşmə var, o, artıq sarsılmazdır. Qədim palıd materialından hazırlanan "Qəlbim sənindir” əsəri isə daim davam edən münasibətlərin uzun ömrünə dəlalət edir".

Bu əsər nadir incəsənət kompozisiyalarından hesab olunur və kövrəkliyi, zərifliyi təcəssüm etdirir. Müəllif əsərin ifadəsini gücləndirmək üçün bir-birinə əks materiallardan istifadə edib. Belə ki, möhkəmliyi, gücü, qətiyyəti təcəssüm etdirən palıddan yaradılmış ürəyi olduqca həssas material sayılan Bohem kristalından hazırlanan incə əllər əhatələyib. Lorenso Kuinn daha çox insan əllərinin ifadəli təsvirləri ilə tanınıb, lakin o, ilk dəfədir ki, bunun hazırlanmasında büllurdan istifadə edib.

Hazırda Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin "Təbiətdə tarazlıq” fərdi sərgisi davam edir. “Qəlbim sənindir” kompozisiyası da bu sərginin davamı olaraq insanlıq və təbiət arasında əlaqə mesajını bir daha Heydər Əliyev Mərkəzindən ötürür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2328

Oxşar yazılar

Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29