Özbəklər və taciklər niyə hamısı  bir yerdə,   döşəmədə yatır?
31 mart 2023 18:36 (UTC +04:00)

Özbəklər və taciklər niyə hamısı bir yerdə, döşəmədə yatır?

Keçmişdə çarpayını yalnız varlılar ala bilirdi. Lakin müasir dünyada artıq çoxda insanlar yatmaq üçün çarpayı və divandan istifadə edir.

Orta Asiyada, xüsusən Özbəkistanda və Tacikistanda yataqları döşəməyə sərib, yerdə yatmaq ənənəsi hələ də qalır. Bəs nə üçün insanlar bu vərdişlərindən əl çəkmirlər?

Lent.az bu məsələyə aydınlıq gətirməyə çalışır.

Birinci növbədə asiyalılar çarpayı və divanlarla evi doldurub, məkanı daraltmaq istəmirlər. Özbək və tacik ailələri bir qayda olaraq çoxuşaqlı, maddi vəziyyətin sıxıntılı olması səbəbilə isə evlər kiçik olur. Ona görə evlərini mebel, divan, çarpayı ilə doldurmağı sevmirlər.

Başqa bir səbəbsə, Orta Asiyadakı isti iqlimdir. Döşəmədə yataraq istidən qorunurlar. Qışda bir qayda olaraq hamı eyni otaqda, uşaqlar eyni döşəkdə, valideynləri isə bir-birlərindən ayrı yatırlar.

Döşəmədə yatmağın, daha doğrusu, sərt və düz yerdə yatmağın onurğaya faydalı olduğunu da asiyalılar bilməmiş deyillər. Buna görə indi dünyanın başqa yerlərinə köçən özbək və taciklər mütləq şəkildə özləri ilə yerdə yatmağa uyğunlaşdırılmış yataq dəstlərini də aparırlar.

# 3780
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar