Azərbaycanlı Xalq artistinin   həyat yoldaşı operadan qovuldu - Putinə görə
01 aprel 2022 12:11 (UTC +04:00)

Azərbaycanlı Xalq artistinin həyat yoldaşı operadan qovuldu - Putinə görə

Rusiyanın xalq artisti, dünya şöhrətli sənətçi Anna Netrebko Novosibirsk Opera və Balet Teatrından qovulub. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, buna Netrebkonun Rusiya hakimiyyətinə və  prezident Vladimir Putinə qarşı sərt ifadələri səbəb olub. 

Maraqlısı odur ki, sənətçinin dünya səhnələrindəki çıxışlarına da qadağa qoyulub. Hətta Nyu-Yorkda yerləşən Metropolitan Opera sənətçinin statusunu əlindən alıb.  Çünki Anna Netrebko Putinin ən sevimli müğənnisi idi. 

Ancaq sonradan rusiyalı opera ifaçısı isə prezident Vladimir Putindən fərqli düşündüyünü, Rusiyanın Ukraynaya qarşı hücumunu qınadığını bildirib.

Qeyd edək ki, Anna Netrebko xalq artisti, azərbaycanlı tenor Yusif Eyvazovla 2014-cü ildə ailə həyatı qurub. Onlar Netrebkonun ilk nikahından olan oğlu ilə birlikdə Vyanada yaşayırlar. 


 

# 7455
avatar

Sevinc Fərid

Oxşar yazılar