Afroditanın  eşq hekayəsi:   Xəyanət, tutqu...
11 aprel 2025 19:59 (UTC +04:00)

Afroditanın eşq hekayəsi: Xəyanət, tutqu...

Afrodita qədim Olimpin ən hörmətli tanrılarından biri olub, o, təkcə zahiri gözəlliyi deyil, həm də sevgi, ehtiras və bərəkətin gücünü simvolizə edirdi. Onun obrazı qadınlığın və cazibədarlığın idealını təcəssüm etdirirdi, Afina, Korinf və xüsusilə Kiprdəki məbədləri ətirli çiçəklər, ətirlər və qurbanlıq göyərçinlərlə dolu olurdu.

Lent.az Afroditanın eşq hekayəsini təqdim edir.

Homerin "İliada" əsərinə görə, Afrodita baş tanrı Zevs və okeanid Diona'nın qızı idi. Onun doğulması tanrılar arasında böyük səs-küyə səbəb olub və Zevs, Afroditanın əli və ürəyi uğrunda mübarizədən çəkinərək, ona özü bir həyat yoldaşı seçməyə qərar verib. Seçimi, dəmirçilik və od tanrısı Hefest üzərinə düşüb. Hefest bacarıqlı usta kimi tanınsa da, zahiri görünüşü ilə seçilməyib – qədim müəlliflər onu axsaq və cəlbedici olmayan biri kimi təsvir ediblər.

Hefestin qarşılıqsız sevgisi və duyğusuz evlilik

Hefest Afroditaya pərəstiş edir, onu xoşbəxt etməyə çalışır və ona qadın cazibəsini artıran sehrli kəmər hədiyyə edir. Lakin bu hisslər qarşılıqsız qalır. Evlilik formal xarakter daşıyıb, çünki Afroditanın ürəyi başqalarına aid idi. Hefestlə olan münasibətləri Afroditanı çoxsaylı xəyanətlərdən saxlamayıb və o, müxtəlif kişilərdən on üç uşaq dünyaya gətirib.

Ares – əsas sevgili və ictimai rüsvayçılıq

Afroditanın ən ehtiraslı və məşhur romanı müharibə tanrısı Ares ilə idi. Onların sevgi əlaqəsi sevgi və dağıntının paradoksal birliyinin təcəssümü olub. Lakin bu idillik qalmaqalla sona çatıb. Hefest bu əlaqədən xəbər tutaraq görünməz bir tor qurdu və sevgililəri cinayət başında yaxalayıb.

O, Olimpin tanrılarını toplayaraq cütlüyü rüsvay edib. Alçaldılmalarına baxmayaraq, Poseydon aşiq olanların müdafiəsinə qalxaraq Hefesti onları sərbəst buraxmağa inandırıb. Bu hadisədən sonra Ares Frakiyaya, Afrodita isə Kiprə qayıdıb ki, bu da onun ərilə münasibətlərini tamamilə pozub.

Sevgi tanrıçasının ölümlü və ölümsüz pərəstişkarları

Aresdən başqa, Afroditanın digər tərəfdaşları da var idi – həm tanrılar, həm də sadə ölümlülər:

Ticarət tanrısı Hermes, Afroditanın Hermofrodit adlı, həm kişi, həm də qadın xüsusiyyətlərini birləşdirən övladının atası olub.

Şərab və əyləncə tanrısı Dionis, ona bərəkət tanrısı Priapı bəxş edib.

Dardaniya hökmdarı Anxis, Afrodita ilə bir gecə keçirib və nəticədə Roma şəhərinin qurucusu sayılan Eney dünyaya gəlib.

Möhtəşəm gözəlliyə malik gənc Adonis, onun həqiqi sevgisi olub. Lakin o, ov zamanı faciəvi şəkildə həlak olub – bəzi versiyalara görə, qısqanc Aresin intiqamının nəticəsi olaraq. Onun qanından həyatın və sevginin keçiciliyini xatırladan lalə çiçəyi bitib.

Afrodita təkcə fiziki cazibəni deyil, həm də ehtirasın gücünü, cəlbediciliyin qüvvəsini və insan təbiətinin ram edilməz hissəsini təcəssüm etdirir. Onun çoxsaylı sevgi hekayələri antik mifologiyanın ayrılmaz hissəsinə çevrilib və obrazı bu gün də rəssamlar və şairlər üçün ilham mənbəyidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1134

Oxşar yazılar