Fevralın 19-da violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada Dorset Qraflığı Muzeyində konsert proqramı ilə çıxış edəcək.
Lent.az xəbər verir ki, bu barədə məlumat musiqiçinin və Dorset Qraflığı Muzeyinin saytında yer alıb. Camal Əliyev Maksim Stsura (fortepiano) ilə birgə çıxış edəcək. Konsertdə L.V.Bethoven, S.Frank, P.Çaykovski, D.Popper, V.Lyutoslavski və S.Raxmaninovun əsərləri səsləndiriləcək.
Beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.
- Prokuror Ağadadaş Ağayevə cəza istədi
- Fahriye Evcenin avtomobili zibil maşınına bənzədildi – Qiyməti ŞOKEDİCİDİR
- Ozan Güvenə 11 il həbs istənildi
Maksim Stsura fortepiano üzrə beynəlxalq müsabiqələr laureatıdır. O, “Amadeus” kamera orkestri, Estoniya Milli Simfonik Orkestri, Sankt-Peterburq Dövlət Akademik Simfonik Orkestri ilə solist kimi çıxış edib.