İsrafil İsrafilov: “Müsabiqə yanvar və ya fevral ayı ərzində keçiriləcək”
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni heyətin formalaşdırılması üçün keçiriləcək müsabiqənin dəqiq vaxtı hələ məlum deyil. Bunu Lent.az-a teatrın direktoru, sənətşünaslıq doktoru İsrafil İsrafilov deyib.
O bildirib ki, müsabiqədə iştirak etmək üçün teatra 20-yə qədər aktyor müraciət edib. Onların sırasında “Azdrama”nın öz aktyorları ilə yanaşı digər teatrın aktyorları da var. Lakin mühəndis-texniki heyətdən bir nəfər də sənəd verməyib: “Aktyorların işə qəbulla bağlı sənəd qəbulu dekabrın 25-də başa çatıb. Ancaq mühəndis-texniki heyətin sənəd qəbulu hələ də davam edir. Çünki bu peşə sahiblərinin sayı azdır. Onları hazırlayan məktəb yoxdur. Ona görə də bu sahədə problemlər var. Problemi müəyyən qədər aradan qaldırmaq üçün bu peşə sahiblərini xarici ölkələrə kurslara göndərəcəyik. Hətta yaxın vaxtlarda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bir neçə nəfər Almaniyaya göndəriləcək”.
İ. İsrafilov vurğulayıb ki, dekabrın 30-da buraxılan teatr heyətinə yanvar və fevral ayının kompensasiyası verilib. İşə qəbulla bağlı müsabiqə də bu iki ay ərzində baş tutacaq: “Ancaq dəqiq vaxt hələ məlum deyil. Hesab edirəm ki, bu işdə tələsmək lazım deyil. Bu, heç də sadə iş deyil. Əksinə, çətin məsələdir. Burada hüquqi, sosial məsələlər mövcuddur. Kənarda qalacaq şəxslərin işlə təmin olunması məsələsi var. Bu sahənin adamları olduqca həssasdırlar, onların hər birinə hörmətim var. Ona görə də hesab edirəm ki, bu işdə tələsmək olmaz. Bircə onu deyim ki, müsabiqə yanvar və ya fevral ayı ərzində keçiriləcək”.
Teatr direktoru onu da əlavə edib ki, müsabiqə başa çatandan sonra Akademik Milli Dram Teatrının truppa heyətinin sayı əvvəlkindən az olacaq.
Xəyalə Muradlı

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27