“Boney M” qrupunun solisti vəfat edib
Bu gün Sankt-Peterburqdakı otellərin birində Almaniyanın məşhur “Boney M” musiqi qrupunun yeganə kişi təmsilçisi olan Bobbi Farrell vəfat edib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları 61 yaşlı Bobbi Farrellin üzərində zorakılıq əlamətləri aşkarlamayıb, ancaq ölümün səbəbi hələ açıqlanmayıb.
O, 1949-cu ildə Aruba adasında dünyaya göz açıb, 15 yaşında Avropaya gəlib. 1970-ci illərin ortalarında Bobbi Farrel müğənni kimi “Boney M” musiqi qrupuna qoşulub. Ancaq “Boney M” musiqi qrupunun yaradıcısı və prodüseri Frenk Farian bəyan edib ki, Bobbi Farrell studiya albomlarının yazılmasında iştirak etməyib. Bununla belə, Bobbi Farrell “Boney M” qrupunun konsertlərində oxuyub.
Son illər Bobbi Farrell Amstredamda yaşayıb. O, Hollandiya vətəndaşı olub.

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27