Gənc Tamaşaçılar Teatrı yeni layihədə
Dövlət Gənc Tamaşaçılar Teatrı və Azərbaycan İctimai-Siyasi Universitetinin birgə layihəsi əsasında “Teatr, təhsil və mənəviyyatımız” mövzusunda tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri teatrın direktoru Mübariz Həmidov açaraq, Gənc Tamaşaçılar Teatrının zəngin tarixindən, özünəməxsus ənənələrindən, maraqlı yaradıcılıq yolundan danışıb. Onun sözlərinə görə, gənc nəslin mənəvi cəhətdən kamilləşməsində, onların dünya görüşünün formalaşmasında və Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında Gənc Tamaşaçılar Teatrının rolu əvəzsizdir.
Tədbirdə çıxış edən teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova teatrın mənəvi və tərbiyəvi əhəmiyyəti haqqında məlumat verib. O qeyd edib ki, böyük ənənələrə malik bu teatr bütün zamanlarda tərbiyəedici mövqedə olub: “Bu gün də teatr Azərbaycan və dünya klassiklərinin əsərlərini tamaşaya qoyur və gənc nəslin mənəvi-estetik tərbiyəsinə müsbət təsirini göstərməkdədir”.
Daha sonra Azərbaycan İctimai-Siyasi Universitetin rektoru Rasim Nəbiyev çıxış edərək teatrın gənclərin təlim-tərbiyəsində əhəmiyyətindən, gənclərə teatr sevgisinin aşılanması sahəsində görülən təqdirəlayiq işlərindən söhbət açıb. Rasim Nəbiyev məhz belə mədəniyyət ocağında müntəzəm olaraq birgə layihələrin keçirilməsini tövsiyə edib.
Tədbirdə Rasim Nəbiyevə teatrın “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təbliğində, kollektivə göstərdiyi diqqət və qayğıya görə” Fəxri Diplomu təqdim olunub. Sonra universitetin müəllim və tələbə heyətinə K.Hamsunun “Viktoriya” tamaşası göstərilib.
Xatırladaq ki, dekabrın 17-də Gənc Tamaşaçılar Teatrında “Teatr, təhsil və mənəviyyatımız” adlı tədbir “Azərbaycan” Universitetinin müəllim və tələbə kollektivi ilə birgə gerçəkləşib. Tədbirdən sonra G.Fiqeyredonun “Ezop” tamaşası nümayiş olunub.
Xəyalə

Oxşar yazılar

Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43