Tarın YUNESKO-nun siyahısına daxil edilməsinin təqdimatı keçirildi
11 dekabr 2012 19:42 (UTC +04:00)

Tarın YUNESKO-nun siyahısına daxil edilməsinin təqdimatı keçirildi

Tar ifaçılıq sənətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi ilə əlaqədar Muğam Mərkəzində təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, mərasimdə tar sənəti haqqında filmin nümayişi və tar musiqisinin rəngarəng nümunələrindən ibarət İtaliyada istehsal edilmiş diskin təqdimatı olub, tar ifaçılarının iştirakı ilə konsert proqramı təqdim edilib.


Qeyd edək ki, 3-7 dekabrda Paris şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1597

Oxşar yazılar