Müslüm Maqamayev haqqında üç hissəli novella çəkilir
07 dekabr 2012 16:18 (UTC +04:00)

Müslüm Maqamayev haqqında üç hissəli novella çəkilir

Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" sənədli filmlər kinostudiyasında məşhur Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr olunmuş 3 hissəli bədii-sənədli musiqili film üzərində iş yekunlaşmaq üzrədir. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, filmin rejissoru və ssenari müəllifi xalq artisti Tofiq İsmayılov bildirib ki, ekran əsərinin dekabrın sonlarında tamaşaçılara təqdim olunması nəzərdə tutulur.

"Sən mənim nəğməmsən", "Sadiq dostlar" və "Mavi dəniz" bölmələrindən ibarət ekran əsərinin çəkilişləri Azərbaycan, Rusiya, Ukrayna və digər ölkələrdə aparılıb. Filmi Müslüm Maqomayev haqqında üç novella da adlandırmaq olar. Hər bir bölməyə ayrı-ayrılıqda baxmaq mümkündür. Artıq filmin iki hissəsinin çəkilişləri başa çatıb, üçüncü bölümün üzərində isə iş aparılır.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1521

Oxşar yazılar