
Gürcüstanın xalq artisti Azərbaycan simfonik orkestri ilə çıxış edəcək
Dünya şöhrətli vokalçı, Gürcüstanın xalq artisti, professor Teymuraz Ququşvilli Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri ilə çıxış edəcək. Lent.az-ın məlumatına görə, bu barədə tanınmış musiqiçi, Azərbaycan Televiziya və Radiosunun Musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov məlumat verib. Onun sözlərinə görə, Teymuraz Ququşvilli ilə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri, Cahangir Cahangirov adına xoru və görkəmli bəstəkar Səid Rüstəmovun adını daşıyan əməkdar xalq çalğı alətləri orkestri ilə çıxış edəcək. Bu yaxınlarda 86 yaşını qeyd edən Azərbaycan Radiosu və 56 yaşını qeyd edən Azərbaycan Televiziyasının bayram konsertində Teymuraz Ququşvilli təbrik üçün uğurla çıxış edib.
Qeyd edək ki, T.Ququşvilli Gürcüstanın xalq artisti, professor, Dövlət mükafatı laureatı, Mendeleyev adına Kimya Moskva İnstitutunun fəxri professoru, Gürcüstan Respublikasının “Şərəf” mükafatına layiq görülüb.
Qeyd edək ki, T.Ququşvilli Gürcüstanın xalq artisti, professor, Dövlət mükafatı laureatı, Mendeleyev adına Kimya Moskva İnstitutunun fəxri professoru, Gürcüstan Respublikasının “Şərəf” mükafatına layiq görülüb.
Oxşar yazılar

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51