“Varlı qadın” Krımda
12 noyabr 2012 11:21 (UTC +04:00)

“Varlı qadın” Krımda

Tanınmış dramaturq Əli Əmirlinin “Varlı qadın” komediyası Ukraynanın Krım Muxtar Respublikasında tamaşaya qoyulub. Dramaturqun Lent.az-a verdiyi xəbərə görə, sentyabrda Başqırdıstanın Ufa şəhərində keçirilən Beşinci “Tuqanlıq” Beynəlxalq Teatr festivalında Dağıstanın Kumık Dövlət Musiqili Dram teatrı kollektivinin ifasında iki nominasiya üzrə əsas mükafata layiq görülən “Varlı qadın” komediyası bu dəfə Krım Muxtar Respublikasının paytaxtı Simferopol şəhərində yerləşən 110 yaşlı Krım-Tatar Akademik Musiqili Dram Teatrında nümayiş olunub.

Noyabrın 5-də və 6-da premyerası baş tutan tamaşanın quruluşçu rejissoru Ukraynanın əməkdar artisti Rinat Bektaşevdir. Komediyanın növbəti nümayişi noyabrın 20-də olacaq. “Varlı qadın” Krım teatrının Azərbaycan dramaturgiyasına üçüncü müraciətidir. Bundan əvvəl teatr Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasını və Elçinin “Şekspir” əsərini “Xəstə könül” adı ilə tamaşaya qoyub.

Onu da qeyd edək ki, Əli Əmirlinin “Varlı qadın”ı ölkəmizin əksər teatrlarında, o cümlədən Akademik Milli Dram Teatrında, habelə Tacikistan, Qırğızıstan, Qazaxıstan, Rusiya və Özbəkistanın bir sıra teatrlarında tamaşaya qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1126

Oxşar yazılar

Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34