Xanəndəmiz İspaniyada alqışlarla qarşılanıb –
26 sentyabr 2012 10:55 (UTC +04:00)

Xanəndəmiz İspaniyada alqışlarla qarşılanıb –

Azərbaycanın tanınmış xanəndəsi, “Muğam” Müsabiqəsi 2005”in qalibi Qoçaq Əsgərov İspaniyada konsert proqramı ilə çıxış edib. Barselonadan qayıdan Qoçaq Əsgərovun konserti haqqında layihənin təşkilatçılarından olan YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırova danışıb. Musiqişünasın Lent.az-a verdiyi məlumata görə, konsert Kataloniya əyalətində keçirilib. Açıq havada təşkil edilən azərbaycanlı musiqiçilərin çıxışı “Merce-2012 – Merce Musica” beynəlxalq musiqi festivalı çərçivəsində baş tutub.

Həmin gün tarzən Mircavad Cəfərovun udda müşayiəti ilə qədim ispan xalq mahnısı səsləndirilib və Qoçaq Əsgərov bu musiqini muğam oxumaqla improvizə edib. Dinləyicilər uğurlu eksperimenti ayaq üstə alqışlayıblar. İki saata yaxın davam edən proqram başa çatsa da, publika həmyerlilərimizi alqışlarla səhnəyə qaytarıb, daha bir neçə dəqiqə dinləyiblər. Onların bu uğurunu yerli televiziya və mətbuat işıqlandırıb.

Musiqiçilərimiz növbəti yaradıcılıq səfərinə hazırlaşdıqlarından, Barselona səfəri çox çəkməyib. Heyət bəzi təklifləri növbəti səfərə saxlayıb.

Xatırladaq ki, konsert Barselonadakı səfirliyimizin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə baş tutub.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2432

Oxşar yazılar

Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29