Mehriban Əliyeva və Əminə Ərdoğan “Beltmann”da
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, məlumat verilib ki, 1901-ci ildə Yohann Beltmannın Niderland Krallığında əsasını qoyduğu “Beltmann” piano fabrikini 1983-cü ildə nəticəsi Hans Lefernik Almaniyaya köçürmüş və müəssisə orada 2002-ci ilədək fəaliyyət göstərib. Bildirilib ki, 2008-ci ilin fevralında yeni “Beltmann” piano fabrikinin yaradılması ideyası yaranmış və həmin ilin oktyabrında Qəbələdə müəssisənin inşasına başlanılıb. 2009-cu ilin sentyabrında fabrikdə üç pianonun hazırlanması ilə “Beltmann” markalı pianoların istehsalının əsası qoyulub. Hazırda dünyada “Beltmann” markalı pianolar yalnız Qəbələdəki “Gilan” fabrikində istehsal olunur.
Mehriban Əliyeva və Əminə Ərdoğan fabrikdə istehsal prosesinə baxıblar. Qeyd edilib ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilir.
Mehriban xanım Əliyeva və Əminə xanım Ərdoğan müəssisədə istehsal olunan pianolara baxıblar. Sonra Azərbaycanın birinci xanımı və Türkiyə baş nazirinin xanımı fabrikin sərgi otağında olub, müəssisənin istehsalı olan pianoda ifa edilən musiqi parçalarını dinləyiblər.

Oxşar yazılar

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”
17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT
17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB
16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi
14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM
14 avqust 2025 , 13:15
Şair Kəramət Şükürov küçədə ölü tapıldı - YENİLƏNİB
13 avqust 2025 , 23:12
Məmməd İsmayıl palataya köçürüldü - YENİLƏNİB
13 avqust 2025 , 22:37