Yeni əcaib diş protezləri -  İçindən ilan çıxır
07 dekabr 2023 10:49 (UTC +04:00)

Yeni əcaib diş protezləri - İçindən ilan çıxır

Diş protezləri istehsal edən xarici şirkətlərdən biri maraqlı bir yenilik edib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə,  Koreya şirkəti yeni diş protezlərini animasiyalı dişlərlə təchiz edəcək. Artıq gələcək diş protezlərinin ilk prototipi hazırdır.
Beləki yeni növ dişləri taxan adam söhbət edərkən qarşısındaklar onun dişlərində gördükləri maraqlı mənzərələri, kinonu və ya 3D formatındakı ilanı seyr edə bilərlər.

Yeni diş protezləri yalnız ağ rəngdə olmayıb, müxtəlif daş qaşlarla, ekranla bəzədilir, xüsusi çiplə təmin olunur. 

İşin xoş olmayan cəhəti ondan ibarətdir ki, ekranlı dişləri tez-tez enerji ilə təchiz eləmək də lazım gələcək.

Bu yenilikdən sonra bir-birinin dişinə baxmaq adi hal alacaq. 

# 4590
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar