Kral ailəsinin pərəstişkarları yəqin ki, artıq fərqinə varıblar: Kral III Çarlzın parlaq qalstuklara xüsusi sevgisi var. Monarx illərdir ki, geyimlərini bu aksesuarla tamamlayır və kral protokolunun sərt və darıxdırıcı qaydalarına baxmayaraq, görünüşünə şənlik və fərdilik qatır.
Amma heç düşündünüzmü ki, belə bir aksesuar nə qədər dəyərlidir?
Lent.az xarici mediaya istinadla Böyük Britaniya kralının hansı markaları seçdiyini və qalstuklarının nə qədər başa gəldiyini təqdim edir.
Thalassa Collection brendinin qalstukları 90 avroya satılır. Bu qalstuklar ipəkdən hazırlanıb. Kral Çarlzın bu markadan çoxlu qalstuku var, lakin o, ən çox bu modellərə üstünlük verir.
O, həmçinin Fox & Chave markasını da çox sevir. Bu brendin bir modeli təxminən 47 avro dəyərindədir.
Kral tez-tez zebra naxışlı qalstukda görünür – bu dizayn təbiətşünas rəssam Ustad Mansurun tablosundan ilhamla hazırlanıb.