Xarakterinizdə bunlar varsa, SAĞLAMLIĞIN AÇARI SİZDƏDİR
07 mart 2024 12:24 (UTC +04:00)

Xarakterinizdə bunlar varsa, SAĞLAMLIĞIN AÇARI SİZDƏDİR

0

Alimlər sağlamlığın açarı olan bir xarakter xüsusiyyətini açıqlayıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlərin fikrincə, müsbət xarakter xüsusiyyətləri olan insanlarda ürək xəstəlikləri və insult daha az olur.

Tədqiqatlar optimizm və insan sağlamlığı, eləcə də gözlənilən ömür arasında əlaqəni təsdiqləyir. Xüsusilə, nikbinlik səviyyəsi sağlamlıq yaxşılaşması ilə əlaqələndirilir. Həyata müsbət baxışı olan insanlarda ürək-damar xəstəlikləri, koqnitiv pozğunluqlar və insult daha az olur.

Bəzi araşdırmalar da optimistlərin daha uzun yaşadığını iddia edir. Harvard Xalq Sağlamlığı Məktəbi yaşlı qadınlar arasında araşdırma aparıb və müəyyən edib ki, yüksək nikbinlik nümayiş etdirənlər nikbinliyi aşağı olan qadınlardan orta hesabla 4,4 il daha çox yaşayırlar.

Alimlər nikbinliyin sağlamlığa nə üçün müsbət təsir göstərdiyini izah edən bir neçə izahat təklif edirlər. Optimist insanlar gündəlik həyatda yaranan çətinliklərin və stresli vəziyyətlərin öhdəsindən daha yaxşı gəlirlər. Onlar  düzgün qidalanma və fiziki fəaliyyət də daxil olmaqla, sağlam həyat tərzini daha çox qəbul edirlər. Optimistlərin tez-tez ailə və dostları ilə sıx əlaqələri var ki, bu da onların ümumi rifahına və sağlamlığına töhfə verir.

Maraqlıdır ki, bəzi tədqiqatlarda optimizmin irsi komponentinə işarə edir. Bəzi insanlar genetik faktorlara görə daha optimist olurlar. Bununla belə, yaxşı sağlamlıq və həyat keyfiyyəti olan insanların optimist xüsusiyyətlər nümayiş etdirmə ehtimalının daha yüksək olduğunu göstərən tərs əlaqənin dəlilləri var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3844

Oxşar yazılar