ABŞ-ın keçmiş prezidenti Donald Tramp toy mərasimində meydana çıxıb, mikrofona yaxınlaşıb və siyasətdən danışmaq fürsətini əldən vermədən Co Bayden, Çin və İrana qarşı danışmağa başlayıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Tramp toy məclisinin qonaqlarından alqışlar altında soruşub: “Siz artıq mənim üçün darıxırsınız?”
Meksika ilə sərhəddəki vəziyyətə münasibət bildirib və məğlub olduğu prezident seçkiləri ilə bağlı daha bir neçə sual qaldırıb.