Seks də idman növüdür: İlk dəfə  Avropa çempionatı   keçiriləcək
30 may 2023 19:59 (UTC +04:00)

Seks də idman növüdür: İlk dəfə Avropa çempionatı keçiriləcək

İsveç tarixdə ilk dəfə Avropa Seks Çempionatına ev sahibliyi edəcək. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə İsveç Seks Federasiyasının saytında məlumat verilib.

Turnir Göteborq yaxınlığında keçiriləcək, iyunun 8-də başlayacaq və bir neçə həftə davam edəcək. Orada dünyanın 20 ölkəsinin nümayəndəsi iştirak edəcək. Çempionatın üç mərhələdə keçiriləcəyi, iştirakçıların hər birinin üçün müəyyən sayda xal toplamalı olduğu dəqiqləşib.

Turnirin proqramında bədənin müxtəlif hissələrinin masajı, cazibədarlıq, dözümlülük, mövqe dəyişikliyində yaradıcılıq və s. daxil olmaqla 16 növ var.

Onu da əlavə edək ki, yalnız İsveç seksi idman növü kimi qəbul edib, yerli federasiya 2016-cı ildən mövcuddur. Onun ölkə üzrə 30 assosiasiyası və 3000-dən çox "idmançısı" var.


 

# 15951
avatar

Oxşar yazılar