Lent.az dünya xalqlarının qəribə şirniyyatları barədə maraqlı faktları təqdim edir.
Yaponlar qızardılmış ağcaqayın yarpağı yeməyi sevirlər. Əvvəlcə yarpaqları bir qaba yığıb duzlayır, sonra unlayıb qızardırlar.
Şotlandlar şokoladı vafli tozuna bulayaraq qızardıb yeməyi sevirlər.
Tailandda çəyirtkələri qızardır, şokolad sousuna batıraraq hazırlayırlar. Bu bahalı şirniyyat hesab olunur.
Malayziyada lobyanı əzib buza qataraq yeməyi sevirlər. Bu desertin üzərinə meyvə şirəsi tökülür.
Çinlilər isə lobyadan hazırlanmış marmeladdan ləzzət alırlar.