Bir çox məməlilərin kürk rəngi bədənlərinin müxtəlif bölgələrində fərqlilik göstərir və əsasən, bu rənglər qəhvəyi və boz olur. Lakin pandalardakı kimi qolların, ayaqların, göz ətrafı və qulaqların qara olmağı başqa məməlilərdə rastlanılan bir xüsus deyil.
Lent.az “Behovioral Ecology” jurnalına istinadən xəbər verir ki, 2017-ci ildə Kaliforniya Universitetinin tədqiqatçıları bunun səbəblərini araşdırıb.
Tədqiqatçılardan Tim Karo qeyd edir ki, pandanın niyə bu rənglərdə olduğunu anlamaq biologiyada uzun zamandır davam edən bir problem idi və bunun səbəbini başa düşmək çətin idi, çünki heçbir məməli belə bir görünüşə sahib deyildi. Tədqiqatçılar bunun səbəbini və bu rənglərin nəyə xidmət etdiklərin öyrənmək üçün hər bir bədən hissəsinə ayrı, müstəqil bir sahə kimi baxdıqlarını vurğulayırlar.
Hal-hazırda pandalar sadəcə Çinin müxtəlif dağlıq bölgələrində yaşayırlar və bu bölgələrin hündürlükləri 2000 – 3000 metr arasında dəyişir və onlar bir çox bitkiləri yaxşı həzm edə bilmir və əsasən, bambukdan qida kimi istifadə edirlər. Araşdırmaçılar qeyd edir ki, pandalar əsasən bambukla qidalandıqlarından qış yuxusuna getmək üçün onlara lazım olan yağ rezervlərini toplaya bilmirlər və ilboyu aktiv olmağa məcbur olurlar. Onların ağ-qara bədən rənginin bu səbəbdən qaynaqlandığını düşünürlər.
Pandaların yaşadıqları ərazi (qırmızı). Pandaların tarixi ərazisi (qara).
Bəs bu iki rəng nəyə xidmət edir?
Tədqiqatçılar bunu öyrənmək üçün 195 növ ətcil heyvanı və 39 ayı alt növünü panda ilə qarşılaşdırlar. Bu qarşılaşdırmalardan sonra aydın olur ki, pandanın üz, boyun, qarın və ombasındakı ağ rəng onlara qarlı havalarda, ayaqlarda və əllərdəki qara rəng isə onlara kölgədə gizlənməyə kömək edir.
Pandaların kürk rənglərinin bölgələrə görə ayrılması və rənglərin düşünülən səbəbləri.
Baş bölgələrindəki qara rəng isə onlara gizlənməyə yox, kommunikasiya məqsədi ilə kömək edir. Qulaqlarındakı qara rəngin pandalara yırtıcı bir heyvan təəssüratı verdiyi və yırtıcıları qorxudabiləcəyi düşünülür. Göz ətraflarındakı qara rəng isə pandaların bir-birini tanımağına kömək etdiyi və panda növlərinin arasındakı rəqabətdə aqresiya siqnalı verdiyi düşünülür.
Mənbə:
- University of California – Davis. (2017, March 3). Why pandas are black and white: Scientists who answered why zebras have black and white stripes pose the question to pandas. ScienceDaily. Retrieved November 14, 2020 from www.sciencedaily.com/releases/2017/03/170303091414.ht
- Tim Caro, Hannah Walker, Zoe Rossman, Megan Hendrix, Theodore Stankowich, Why is the giant panda black and white?, Behavioral Ecology, Volume 28, Issue 3, 01 May-June 2017, Pages 657–667, https://doi.org/10.1093/beheco/arx008