Ofisdə bunlara  diqqət etməsəniz   yaddaşınız zəifləyəcək – ƏSAS QAYDALAR
07 fevral 2022 09:54 (UTC +04:00)

Ofisdə bunlara diqqət etməsəniz yaddaşınız zəifləyəcək – ƏSAS QAYDALAR

İşimizdəki gərginlik tempi o qədər çoxalıb ki, sağlamlıq yada düşmür. Bu vərdiş nəticəsində fərdlərdə çəki artımı və yağ yığılması başlayıb. 

Bununla belə, işləyərkən düzgün qidalanmaqla çəkiyə nəzarəti saxlamaq da cmümkündür. 

Ümumilikdə, uzun müddət hərəkətsiz vəziyyətdə qalmaq insan orqanizmində bir çox fəsadlar yaradır. Hətta bu yaddaş zəifliyinə də gətirib çıxarır. Oturaq iş rejimində çalışanlar belə problemlərdən daha çox əziyyət çəkir. 

Araşdırmalara görə, hər bir yetkin şəxs gün ərzində 150 dəqiqə aktiv fəaliyyətlə məşğul olmalıdır. Oturaq həyat tərzi ikinci növ şəkərli diabet, xroniki ürək xəstəliyi və ümumi-dayaq hərəkət aparatında da bir sıra problemlər yaradır. 

Ofis şəraitində işləyənlərdə psixoloji gərginlik, özünəqapanma kimi hallar da baş verir. Onlarda tez-tez depressiya müşahidə olunur. Bunlarla yanaşı, bel ağrısı da oturaq iş şəraitinin ən xoşagəlməz xüsusiyyətlərindən biridir. 

Ekspertlər bildirir ki, istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilməməlidir. İstirahət vaxtı iş yerlərindən asılı olaraq dəyişə bilər. Amma bir saat nahar fasiləsi işçinin birmənalı hüququdur. İstirahət və nahar fasilələrindən işçi öz istədiyi kimi istifadə edə bilər.

Ofis daxili işləyənlər qidalanma zamanı ən çox tərəvəz salatları və taxıl məhsullarından istifadə etməlidir. İşarası fasilələrdə armud, ərik, naringi kimi quru meyvələrin istehlakı daha məsləhətlidir. Sadaladığımız bu meyvələr həm antioksidant xüsusiyyətinə, həm də orqanizmi enerji ilə təmin edir. Konfrans, tədbirlər zamanı kofe kimi içkilər qəbul etmək olar. 

Ekspertlər işə fasilə verən müddətdə telefon, planşet və kompüterlərdən uzaq durmağı tövsiyə edirlər. Bu vaxt ərzində göz yorğunluğunu aradan qaldırmaq üçün bəzi məşq hərəkətləri etmək sizin sağlamlığınız üçün vacibdir. 

Sonda onu qeyd etmək lazımdır ki, masa və kompüter arxasında oturanlar nə qədər çox maye qəbul etsələr, bir o qədər xeyirlidir. İş saatlarında bacardığınız qədər çoxlu su için, bol vitaminli qidalar yeyin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526
avatar

Sevinc Fərid

Oxşar yazılar