MƏŞHURLAR  dayələrə hansı qadağaları qoyur? – İNANILMAZ QADAĞALAR 
28 may 2021 21:16 (UTC +04:00)

MƏŞHURLAR dayələrə hansı qadağaları qoyur? – İNANILMAZ QADAĞALAR 

Məşhur şəxslərin övladlarına dayəlik edən insanların qazandıqları aylıq məbləğ hər zaman müzakirə mövzusu olub. Amma bu gəlirin hansı əziyyət və qadağalar hesabına olması haqqında məlumatlar çox azdır. 

Lent.az xarici mətbuata istinadən bildirir ki,  məşhurlar dayələrdən ilk olaraq günün istənilən saatı zənglərə cavab verməyi tələb edirlər. Həyatlarının çox hissəsini səfərlərdə, çəkilişlərdə olan məşhur simalar hər an övladları haqqında xəbər əldə etmək istəyirlər. 

Dayələrə yüksək məbləğ ödəyən məşhurlar onların şəxsi həyatlarına da müdaxilə edirlər: Evli və ya sevgilisi olmamalıdır. Onlar imzaladıqları müqavilədə bu bəndi xüsusilə qeyd edirlər. 

Bundan əlavə, dayə medianın diqqətini çəkəcək hərəkət etməməli, geyimləri sadə olmalıdır. Sosial şəbəkələrdən istifadə, ailə üzvləri və yaxınları ilə gündəlik ünsiyyətdən məhrumdurlar. 

Məşhur anaların uşaqlarının baxıcılarına qoyduqları sərt qadağa bununla bitmir. Onlar uşaq haqqında ananın verdiyi qərarı müzakirə etməyi və dayənin uşaqla mehriban, səmimi ünsiyyət qurmasını, ananı xatırladan geyimlər geyinməsini qəti qadağan edir. 

Hətta uşaqlarla oyun oynayan zaman dayələr onlara qoyulan qadağalara əməl etmək məcburiyyətindədilər. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3561
avatar

Nigar Adil

Oxşar yazılar