Hadisə 1887-ci ildə İngiltərədə baş verib. Daha dəqiq desək, paytaxt Londonun Qrin Berri Hill küçəsində...
Lent.az xarici mediaya istinadən xəbər verir ki, haqqında danışacağımız qan donduran edam səhnəsi paytaxt sakinlərini şoka salmışdı.
Hər kəsi bir sual düşündürürdü: bu necə ola bilər axı, təsadüfmü, zərurətmi?
Qrin Berri Hill küçəsində dar ağacından asılan qatilin öldürdüyü şəxslərdən birinin soyadı Qrin, o birisininki Berri, digərininki isə Hill idi.